İlham Əliyev Davosda “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru ilə görüşüb

23 yanvar 2015, 21:00
İlham Əliyev Davosda “Gaz de  France Suez” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev Davosda “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru Jan-Lui Şossad ilə görüşüb.

Görüşdə “Gaz de France Suez” şirkəti ilə Azərbaycanın müvafiq qurumları arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.

Söhbət zamanı Bakıda və ölkəmizin digər regionlarında əhalinin Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun təmiz içməli su ilə təmin olunması, Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi, “Şahdəniz” yatağından çıxan qazın alınması və digər sahələrlə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55