İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

23 yanvar 2015, 11:50

Əlahəzrət,

Əziz Qardaşım,

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Yüksək nüfuz sahibinə malik, özünün bütün fəaliyyəti ilə xalqına hədsiz sədaqət nümunəsi göstərmiş Kral Abdullah bin Əbdüləziz Al Səud müdrik və uzaqgörən siyasətçi kimi beynəlxalq aləmdə və Səudiyyə Ərəbistanının tarixində silinməz iz qoymuşdu. O, müsəlman dünyası və xalqları arasında birlik və həmrəyliyin bərqərar olmasında böyük rol oynamışdır.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində Kral Abdullah bin Əbdüləziz Al Səudun müstəsna xidmətləri olmuşdur.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, qardaş Səudiyyə Ərəbistanı xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 yanvar 2015-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55