16:41
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə məhdud tərkibdə görüşü başlayıb.
07 may 2025, 16:41
Ankarada Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN dedi:
- Möhtərəm Prezident, hörmətli qardaşım İlham Əliyev.
Nümayəndə heyətinin hörmətli üzvləri.
Ankaramıza “Xoş gəldiniz” deyir, sizi ikinci Vətəniniz olan Türkiyədə qonaq qəbul etməkdən duyduğum məmnunluğu xüsusi ifadə etmək istəyirəm.
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasına dəyərli qardaşım cənab İlham Əliyevlə birlikdə sədrlik etməkdən böyük məmnunluq duyuram. Bu gün apardığımız və aparacağımız müzakirələrin, dəyərləndirmələrin ölkələrimiz üçün xeyirli olmasını Rəbbimdən arzu edirəm.
Əziz qardaşım, bir az əvvəl təkbətək görüş keçirdik. İkitərəfli əlaqələrimizi ətraflı dəyərləndirmək imkanı əldə etdik. Bu əsnada nümayəndə heyətlərimizin üzvləri də həmkarları ilə görüşlər keçirdilər. Hörmətli nazirlərimiz bu görüşlərin nəticələrini bir az sonra Şuraya təqdim edəcəklər.
X X X
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
- Bu, mənim bu il həyata keçirdiyim ilk rəsmi səfərdir. Bu da təbiidir. Bu səfər Türkiyəyə edilir. Bu, gözəl bir ənənədir, həm seçkilərdən sonra, eyni zamanda, hər ilin əvvəlində biz bir-birimizi salamlayırıq, görüşürük, çünki qarşıda duran vəzifələr çox önəmlidir. Biz bu vəzifələri uğurla icra etməliyik. Siz qeyd etdiyiniz kimi, son illər ərzində Türkiyə-Azərbaycan əlaqələri - dostluq, qardaşlıq əsasında qurulan əlaqələr strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır.
Bütün görülən işlər onu göstərir ki, birgə siyasi iradə olan yerdə böyük layihələri icra etmək mümkündür. İlk növbədə, mən “G-20”də Azərbaycanı görmək arzunuzu xüsusilə qeyd etmək istəyirəm. Bu, bizim üçün böyük şərəfdir ki, Siz məhz Azərbaycanı dəvət etmisiniz. Bu, bir daha Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrini təsdiqləyir. Çünki bu addım əslində tarixə, bizim birliyimizə söykənir və eyni zamanda, bütün dünyaya Türkiyə və Azərbaycanın nə qədər bir-birinə bağlı olduqlarını göstərir.
Bu dəvətə görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
X X X
İclasda Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olundu. İkitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə məhdud tərkibdə görüşü başlayıb.
07 may 2025, 16:41Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali...
07 may 2025, 16:34Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının...
07 may 2025, 15:43Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...
07 may 2025, 15:41Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası...
07 may 2025, 15:39Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib.
-2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan...
06 may 2025, 18:40Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...
06 may 2025, 16:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam...
06 may 2025, 16:04Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam...
06 may 2025, 16:02Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 5 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Aparatı – idarələr və şöbələr.
2. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri...
05 may 2025, 16:04Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 5 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra – Nazirlik) Azərbaycan Respublikasının xarici siyasətini və...
05 may 2025, 16:02