İlham Əliyev Anıtqəbiri ziyarət edib

15 yanvar 2015, 12:00
İlham Əliyev Anıtqəbiri ziyarət edib

Prezident İlham Əliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəldi.

Dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.

Sonra xatirə şəkilləri çəkdirildi.

Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55