İspaniyanın “Atletico de Madrid” klubunun baş icraçı direktoru Migel Angel Gildən

27 dekabr 2014, 11:50

Zati-aliləri,

Sizi doğum gününüz münasibətilə klubumuzun və “Atletiko Madrid” ailəsinin bütün üzvləri adından təbrik etmək istərdik.

Yola salmağa hazırlaşdığımız 2014-cü il klubumuz üçün xoş xatirələr və İspaniya Liqasında, Super Kubokda, UEFA Çempionlar Liqasında qazanılan uğurlarla dolu möhtəşəm, tariximizin ən gözəl illərindən biri olub. 

Bütün bu nailiyyətlər bizə Sizin gözəl ölkənizi dünyanın 250 milyon əhalisinə təqdim etmək imkanı vermişdir. Bütün azarkeşlərimiz “Atletiko”nun dəyərlərini Azərbaycan ilə əlaqələndirirlər - ambisiyalarla birgə səylər və gərgin iş xəyalları reallaşdırmağa imkan verir.

Biz həqiqətən də bununla fəxr edirik və bu uğuru Sizinlə, Azərbaycan xalqı ilə bölüşmək istəyirik. Bizə göstərdiyiniz dəstəyə görə Sizə daim minnətdar olacağıq və Azərbaycanın gözəlliklərini dünyaya yaymağa davam etməkdə qətiyyətliyik.

İcazə verin, bu xoş fürsətdən istifadə edib Sizi, ailənizi və ölkənizi Milad bayramı və Yeni il münasibətilə təbrik edim. 

Dərin hörmətlə,

Migel Angel Gil

İspaniyanın “Atletico de Madrid” klubunun
baş icraçı direktoru

SƏNƏDLƏR Sərəncamlar 25 fevral 2025
13:11
“Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmaq niyyətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan...

25 fevral 2025, 13:11
SƏNƏDLƏR Fərmanlar 25 fevral 2025
13:07
“Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 sentyabr tarixli 1050 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının...

25 fevral 2025, 13:07