İlham Əliyev “Bakı Ağ Şəhər”in inşası başa çatan ofis binası ilə tanış olub

24 dekabr 2014, 15:30
İlham Əliyev “Bakı Ağ Şəhər”in inşası başa çatan ofis binası ilə tanış olub

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”in inşası başa çatan ofis binası və “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində görülən digər işlərlə tanış olublar.

Müstəqilliyin ilk illərində bütün sahələr üzrə gələcək inkişafın təməlini qoyan xalqımızın ümummilli lideri Heydər Əliyev “Qara şəhər” kimi tanınan bu ərazinin paytaxtın ən gözəl guşələrindən birinə çevrilməsini prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi. 2011-ci il dekabrın 24-də “Bakı Ağ Şəhər”in təməli qoyuldu. Ötən 3 il ərzində layihə çərçivəsində xeyli iş görüldü.

“Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına layihə çərçivəsində həyat keçirilən işlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, “Bakı Ağ Şəhər”in ilk landmarkı və giriş qapısı sayılan yüksək səviyyəli ofis binası artıq istifadəyə hazırdır. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb. Layihə çərçivəsində yol və kommunikasiya infrastrukturları da inşa olunmaqdadır. Tikintisi gedən 45 metr enində Xəqani Rüstəmov küçəsi Neftçilər prospektini Nobel və Babək prospektləri ilə birləşdirəcək. Metropolitenin Ağ Şəhərin ərazisindən keçəcək xəttinin tikintisinə də başlanıb. Layihədə nəzərdə tutulan 6 yeraltı piyada keçidindən 3-nün inşası davam edir. Ofis binasının yanında 360-dan çox avtomobil üçün ən müasir standartlara cavab verən parkinq də inşa olunub. “Bakı Ağ Şəhər” ofis binasının cazibədar, estetik xətləri müasir memarlığın mükəmməl nümunələrindəndir.

Prezident İlham Əliyevə xəritə, maket və digər əyani vasitələr əsasında layihə çərçivəsində reallaşdırılan silsilə tədbirlər barədə məlumat verildi. Qeyd edək ki, yeni yaradılan “Mənzilim” monitorinq xidməti vasitəsilə əmlakın alınmasına dair müqavilələrin bağlanması və digər məsələlər operativ qaydada həllini tapacaq. Layihənin reallaşması zamanı Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələri, həmçinin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı” da əsas götürülüb. Layihənin həyata keçirilməsində əsas məqsəd çirklənmiş torpaqların təmizlənməsi, ərazidə beynəlxalq standartlara uyğun sosial infrastrukturun formalaşdırılması, paytaxt sakinləri və qonaqlar üçün yeni yaşayış, iş və istirahət məkanlarının yaradılmasıdır. Müxtəlif memarlıq üslublarını, ekoloji məsələləri və Ağ Şəhərin paytaxtın digər hissələri ilə üzvi şəkildə qovuşmasını özündə ehtiva edən layihənin reallaşması sırf peşəkarlara etibar edilib. Yerli şirkətlərlə yanaşı, “Atkins”, “Un studio”, “Foster and Partners”, “F and A Architects” və digər dünya şöhrətli şirkətlər bu layihəyə cəlb edilib. “Bakı Ağ Şəhər” layihəsi nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə tanınan layihədir. Ötən müddətdə bu layihə “Cityscayp Global”, “MİPİM Asia” və digər nüfuzlu beynəlxalq sərgilərdə “Ən yaxşı şəhərsalma layihəsi” və “Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi” nominasiyalarında mükafatlara layiq görülüb. “Bakı Ağ Şəhər”də müxtəlif xidmət, ticarət və əyləncə növlərini özündə birləşdirəcək Ticarət-Əyləncə Mərkəzi də nadirliyi ilə yanaşı, eyni zamanda, regionda sahəcə ən böyük belə obyekt olacaq və respublikamızda turizmin daha da genişlənməsinə əlavə imkanlar yaradacaq.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ofisdə iş adamları üçün yaradılan şəraitlə tanış oldular. Qeyd edildi ki, ən müasir beynəlxalq standartlara cavab verən yeni ofis binasını Britaniyanın məşhur “Atkins” şirkəti layihələndirib. Bina yerli və beynəlxalq mütəxəssislər tərəfindən inşa olunub. Tikinti dövründə ofis binası “BREEAM” beynəlxalq ekoloji sertifikatına layiq görülüb. Xatırladaq ki, “Bakı Ağ Şəhər” ofis binası respublikamızda və regionda “BREEAM” sertifikatına layiq görülən ilk və yeganə binadır. Binada ən son elmi-texniki yeniliklərə əsaslanan arxiv otağı da yaradılıb. Ofisdə yerləşəcək iqtisadi qurumların səmərəli fəaliyyəti üçün də burada hərtərəfli şərait var.

Prezident İlham Əliyevə məlumat verildi ki, Ağ Şəhərin 10 rayonundan 6-nın ərazisi tamamilə təmizlənib və inşaat işləri gedir. Layihənin icra müddətində Ağ Şəhərin neft məhsulları ilə çirklənmiş ərazisinin böyük hissəsi təmizlənib və yararlı vəziyyətə gətirilib. Hazırda bu işləri Dövlət Neft Şirkəti həyata keçirir. “Bakı Ağ Şəhər”in “Yaşıl ada” rayonunda aparılan tikinti-quraşdırma işləri ildən-ilə vüsət götürür. Burada fransız üslubunda inşa olunan 7 mərtəbəli yaşayış binaları paytaxt sakinlərinin rahatlıq üçün üstünlük verdikləri məkanlardan biri olacaq. Hazırda buradakı yaşayış komplekslərinin bəzilərində tikinti işləri son mərhələdədir və onlar tezliklə hazır olacaq. Ümumi sahəsi 24 hektara çatan “Park” rayonunda da inşaatçılar səylə çalışırlar. Burada 20 mərtəbəli hündür yaşayış binaları tikilir. Sahənin relyefinə uyğun olaraq amfiteatr üslubundakı “Park” rayonundan bulvara və Bayraq Meydanına gözəl mənzərə açılır. Nizami parkının yaxınlıqda yerləşməsi də buranın gələcək sakinlərinin istirahətlərini mənalı keçirmələrinə əlavə imkanlar yaradacaq. Ofis binasındakı səliqə-sahman və müasirlik diqqəti çəkir.

Prezident İlham Əliyev Ağ Şəhərin sahil boyunca yerləşən hissəsindəki tikililəri və Ağ Şəhər bulvarını da seyr etdi. 2011-ci ilin payızında “Bakı Ağ Şəhər”də təməli qoyulan və 2014-cü il sentyabrın 12-də açılışı olan Fransız Liseyinin tikintisi də yüksək səviyyədə aparılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan və respublikamızın nümunəvi təhsil ocaqlarından biri sayılan Fransız Liseyində şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. 2013-cü il mayın 25-də Prezident İlham Əliyevin təməlini qoyduğu Bakı Ağ şəhər bulvarı da dünyadakı ən qabaqcıl təcrübə əsasında yaradılır. Tikintisi dövlətimizin başçısı tərəfindən mütəmadi olaraq diqqət mərkəzində saxlanılan həmin bulvarın uzunluğu 5 kilometr olacaq. Ağ Şəhərdə beynəlxalq səviyyəli otellərin tikintisi də aparılır. Artıq “Bakı Ağ Şəhər” otelinin inşası başa çatmaq üzrədir. Ümumi sahəsi 52 min kvadratmetr olacaq həmin oteldə 818 otaq var. Bu obyekt 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının qonaqlarını qəbul etməyə hazır olacaq. Otelin yaxınlığında 90 min kvadratmetr sahəsi olacaq “Ağ Şəhər Mall”un inşasına da başlanıb.

Prezident İlham Əliyevə inşası davam edən və tikintisi nəzərdə tutulan layihələr barədə də xəritə və eskizlər əsasında məlumat verildi. Artıq Ağ Şəhərdə müasir və klassik üslublu 7 mərtəbəli yaşayış komplekslərinin tikintisinə başlanıb. Ağ Şəhərin ərazisini qərb və şərq hissələrinə ayıran, mərkəzi prospektin ortasında yerləşən meydan da füsunkar görkəmi ilə fərqlənəcək. Ağ Şəhərin mərkəzi rayonu sayılan Fəvvarələr meydanında da inşaat işlərinin miqyası artmaqdadır. Burada müasir üslublu yaşayış binalarının tikintisinə başlanıb. Fəvvarələr meydanının mərkəzində 1 hektar ərazini əhatə edəcək park sakinlərin sevimli istirahət guşəsinə çevriləcək.

Dövlətimizin başçına Nobel prospekti boyunca və sahil rayonunda görüləcək işlər barədə də məlumat verildi.

Prezident İlham Əliyev layihə ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Dövlətimizin başçısı ofis binasının arxa hissəsində salınan yaşıllıq və memarlıq nümunələri ilə də tanış oldu. Dünyadakı müasir şəhərsalma meylini maksimum ehtiva edən və bitkinliyi ilə seçilən “Bakı Ağ Şəhər” layihəsi tezliklə reallığa çevriləcək və paytaxtımızın gözəlliyini daha da artıracaq.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 04 sentyabr 2026
15:03
A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                      

Anar Keykavus oğlu Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham Əliyev

Azər...

04 sentyabr 2026, 15:03
SƏNƏDLƏR Sərəncamlar 04 sentyabr 2026
15:02
V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                    

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham Əliyev

...

04 sentyabr 2026, 15:02
SƏNƏDLƏR Məktublar 03 sentyabr 2026
11:11
San Marino Respublikasının Regent Kapitanları Zati-aliləri xanım Aliçe Minaya və cənab Vladimiro Selvaya

Zati-aliləri,

San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətini...

03 sentyabr 2026, 11:11
SƏNƏDLƏR Sərəncamlar 02 sentyabr 2026
13:35
Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə k...

02 sentyabr 2026, 13:35
SƏNƏDLƏR Sərəncamlar 02 sentyabr 2026
13:34
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 806 ...

02 sentyabr 2026, 13:34
SƏNƏDLƏR Fərmanlar 02 sentyabr 2026
13:33
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-...

02 sentyabr 2026, 13:33
SƏNƏDLƏR Fərmanlar 02 sentyabr 2026
13:32
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komit...

02 sentyabr 2026, 13:32
SƏNƏDLƏR Fərmanlar 02 sentyabr 2026
13:31
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild ...

02 sentyabr 2026, 13:31