“Bank VTB” ASC-nin prezidenti, idarə heyətinin sədri Andrey Kostindən

23 dekabr 2014, 17:30

Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə “Bank VTB” Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti, kollektivi adından və şəxsən öz adımdan təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətiniz Sizə həmvətənlərinizin dərin hörmətini və beynəlxalq aləmdə yüksək nüfuz qazandırıb.

Sizin əzmkar əməyiniz sayəsində siyasi və iqtisadi inkişaf sahələrində böyük uğurlar qazanmış qardaş Azərbaycan səmərəli islahatlar və keyfiyyətli dəyişikliklər yolunda inamla irəliləyir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, doğmalarınızın və yaxınlarınızın daimi dəstəyini arzu edim.

Hörmətlə,

Andrey Kostin

“Bank VTB” ASC-nin prezidenti,

idarə heyətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55