İlham Əliyev Bakının Xətai rayonu ərazisindəki fəvvarələr və şəlalələr kompleksində işlərin gedişi ilə tanış olub

03 dekabr 2014, 14:40
İlham Əliyev Bakının Xətai rayonu ərazisindəki fəvvarələr və şəlalələr kompleksində işlərin gedişi ilə tanış olub

Prezident İlham Əliyev paytaxtın Xətai rayonu ərazisindəki fəvvarələr və şəlalələr kompleksində həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olub.

Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün istirahət guşələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Salınan yeni parklar və yaşıllıq zolaqları, bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab verən infrastrukturun yaradılması, müasir iaşə obyektləri Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi məqsədinə xidmət edən əhəmiyyətli tədbirlərdəndir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, 150 metr uzunluğunda olan kompleks ən müasir tələblər səviyyəsində qurulacaq. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yerləşəcək. Müxtəlif rəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək. Kompleksin ətraf ərazilərində abadlıq və yaşıllaşdırma işləri aparılacaq, qranit plitələr döşənəcək, ən müasir işıqlandırma sistemi qurulacaq.

Fəvvarələr və şəlalələr kompleksində işlərin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:27
Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...

08 may 2025, 16:27
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:21
Azərbaycan Respublikasının mədəniyyət və elm xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...

08 may 2025, 16:21