İlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibini qəbul edib

29 noyabr 2014, 14:00
İlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibini qəbul edib

Prezident İlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib. 

Baş katib Seyid Məhəmməd Hüseyn Adeli rəhbərlik etdiyi təşkilat barədə dövlət başçısına məlumat verdi. O, Qaz İxrac edən Ölkələrin Forumuna üzv olan 17 dövlətin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu dedi. Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu vurğulayan Seyid Məhəmməd Hüseyn Adeli qlobal qaz bazarında ölkəmizin mühüm rol oynayacağına əminliyini bildirdi. 

Ölkəmizin böyük qaz ehtiyatlarına malik olduğunu deyən Prezident İlham Əliyev hazırda təbii qazın müxtəlif marşrutlarla nəqlinin uğurla həyata keçirildiyini vurğuladı.

Dövlət başçısı Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlığın təşkilata üzv olan ölkələrlə ikitərəfli əlaqələrin inkişafına da xidmət edəcəyinə əminliyini ifadə etdi. 

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 29 may 2025
17:17
Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın çoxəsrlik və zəngin mədəniyyətinin nümayişində, milli-mənəvi irsinin və tarixi-mədəni ənənələrinin təbliğində kinematoqrafiya əsərləri və digər audiovizual əsərlər mühüm rol oynayır. Azərbaycan kinematoqrafiyasının...

29 may 2025, 17:17