“Patent haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

27 dekabr 2010, 19:35

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 893-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alıram: 

1. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №8, maddə 505; 2003-cü il, №10, maddə 571; 2004-cü il, №7, maddə 526; 2009-cu il, №4, maddə 226) 2-ci bəndinə aşağıdakı əlavələr və dəyişikliklər edilsin: 

1.1. ikinci abzasda “18-ci maddəsində” sözlərindən əvvəl “10-cu maddəsinin 5-ci bəndində və 17-ci maddəsinin 2-ci bədində,” sözləri əlavə edilsin;
1.2. üçüncü abzasda “9-cu maddəsinin” sözlərindən sonra “3-cü bəndinin ikinci abzasında və” sözləri çıxarılsın, “26-cı maddəsinin” sözlərindən əvvəl “20-ci maddəsinin 2.7-ci bəndinin ikinci abzasında və 2.10-cu bəndinin ikinci abzasında,” sözləri, “28-ci maddəsinin 1-ci bəndinin birinci abzasında, 2-ci bəndinin birinci abzasında, 3-cü bəndinin birinci” sözlərindən sonra “(birinci cümlədə hər iki halda və ikinci cümlədə)” sözləri əlavə edilsin. 

2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №8, maddə 631) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 

2.1. 8.26-cı bənddə “sənaye mülkiyyəti obyektlərinin” sözləri “ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərinin” sözləri ilə əvəz edilsin;
2.2. 8.27-ci bənddə “sənaye mülkiyyəti obyektlərinin” sözləri “ixtira, faydalı model və sənaye nümunələrinin” sözləri ilə əvəz edilsin;
2.3. 8.28-ci bənddə “sənaye mülkiyyəti obyektləri” və “sənaye mülkiyyəti obyektlərinin” sözləri müvafiq olaraq “ixtira, faydalı model, sənaye nümunəsi” və “ixtiranın, faydalı modelin, sənaye nümunəsinin” sözləri ilə əvəz edilsin;
2.4. 8.29-cu bənddə “sənaye mülkiyyəti obyektlərinin” sözləri “ixtiranın, faydalı modelin və sənaye nümunəsinin” sözləri ilə əvəz edilsin;
2.5. 8.30-cu bənddə hər iki halda “sənaye mülkiyyəti obyektləri” sözləri “ixtira, faydalı model, sənaye nümunəsi və əmtəə nişanı” sözləri ilə əvəz edilsin;
2.6. 8.32-ci bənddə “sənaye mülkiyyəti obyektləri” sözləri “ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri” sözləri ilə əvəz edilsin;
2.7. 8.35-ci bənddə “sənaye mülkiyyəti obyektlərinin” sözləri “əmtəə nişanlarının və coğrafi göstəricilərin” sözləri ilə əvəz edilsin;
2.8. 8.36-cı bənddə “sənaye mülkiyyəti obyektləri barədə dövlət reyestrinə” sözləri “ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri barədə dövlət reyestrlərinə” sözləri ilə əvəz edilsin;
2.9. 8.38-ci bənddə “sənaye mülkiyyəti obyekti barəsində iddia sənədinin verilməsi, onun ekspertizası, patentin verilməsi” sözləri “sənaye mülkiyyətinin mühafizəsi sahəsində” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2010-cu il. 

XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 20 mart 2025
19:18
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Şavkat Mirziyoyev Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını Novruz...

20 mart 2025, 19:18
SƏNƏDLƏR Fərmanlar 19 mart 2025
17:10
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 143-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi...

19 mart 2025, 17:10
SƏNƏDLƏR Qanunlar 19 mart 2025
17:08
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının...

19 mart 2025, 17:08