İlham Əliyev Küveytin gənclər məsələləri üzrə dövlət nazirini qəbul edib

29 oktyabr 2014, 17:00
İlham Əliyev Küveytin gənclər məsələləri üzrə dövlət nazirini qəbul edib

Prezident İlham Əliyev Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahı qəbul edib.

Nazir Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabah Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın, Küveyt Şahzadəsi və Baş nazirinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Qonaq Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forumun işə başlaması münasibətilə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik etdi. Ölkəmizdə olmağından məmnunluq hissi keçirdiyini deyən Küveytin dövlət naziri dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Küveytə səfərini və Küveyt rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı. Ölkələrimiz arasında mövcud olan əlaqələrin ikitərəfli əməkdaşlığın yaxşı nümunəsi olduğunu bildirən dövlətimizin başçısı Azərbaycan ilə Küveytin beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləməsinin və maraqlarını müdafiə etməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında gənclər siyasəti sahəsində əlaqələri genişləndirməyin vacib olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri, Şahzadəsi və Baş nazirinin salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Küveyt Dövlətinin Əmiri, Şahzadəsi və Baş nazirinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 19 may 2025
14:17
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

19 may 2025, 14:17
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42