16:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.
10 may 2024, 16:10Prezident İlham Əliyev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmanı qəbul edib.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman Bakıda keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfransın Avropa ölkələri hakimləri arasında dialoqun inkişaf etdirilməsi və Azərbaycanda məhkəmə sisteminin daha da təkmilləşdirilməsi baxımından önəmini qeyd etdi. O, müxtəlif ölkələrdən olan xeyli sayda hakimlərin konfransda iştirak etdiyini vurğulayaraq tədbirin Avropa səviyyəsində əhəmiyyətini diqqətə çatdırdı.
Strasburqa son səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkəmizin xüsusilə Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə Avropanın müvafiq qurumları ilə fəal əməkdaşlıq etdiyini dedi və Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlərin əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev bu baxımdan “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfransın əlaqələrin genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Görüşdə Azərbaycan ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.
10 may 2024, 16:10Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
10 may 2024, 15:50Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar.
10 may 2024, 15:45Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Şirin su hamamının bərpadan sonra açılışında iştirak ediblər.
10 may 2024, 15:20Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin...
09 may 2024, 11:22Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
09 may 2024, 11:20