İlham Əliyev Avropa Atıcılıq Konfederasiyasının və Rusiya Atıcılıq İttifaqının prezidentini qəbul edib

23 oktyabr 2014, 15:15
İlham Əliyev Avropa Atıcılıq Konfederasiyasının və Rusiya Atıcılıq İttifaqının prezidentini qəbul edib

Prezident İlham Əliyev Avropa Atıcılıq Konfederasiyasının və Rusiya Federasiyası Atıcılıq İttifaqının prezidenti Vladimir Lisini qəbul edib.

Görüşdə idmanın müxtəlif növləri, o cümlədən atıcılıq idmanı üzrə ölkəmizdə yüksək standartlara uyğun infrastrukturun yaradıldığı qeyd edildi, mötəbər beynəlxalq idman yarışlarının, eləcə də bu günlərdə Azərbaycanda atıcılıq üzrə Dünya kubokunun final mərhələsinin keçirilməsinin önəmi vurğulandı.

Söhbət zamanı 2015-ci il Avropa Oyunları ilə bağlı məsələlərdən danışıldı, 2017-ci ildə Azərbaycanda keçiriləcək atıcılıq üzrə Avropa çempionatına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı bildirildi.

SƏNƏDLƏR Sərəncamlar 19 may 2025
14:17
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

19 may 2025, 14:17
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42