16:41
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə məhdud tərkibdə görüşü başlayıb.
07 may 2025, 16:41Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Tacikistan Prezidenti Emoməli RƏHMON dedi:
- Əziz qonaqlar. Bu gün sizin hamınızı bu zalda görmək bizə xüsusi sevinc bəxş edir. Əminəm ki, indiki görüş Azərbaycan Respublikası və Tacikistan Respublikası xalqlarının rifahı naminə ölkələrimizin zəngin potensialının daha tam və səmərəli şəkildə reallaşması istiqamətində qarşılıqlı səylərin parlaq nümunəsi kimi dövlətlərimizin münasibətlərinin salnaməsinə yeni səhifə yazacaq. Ölkələrimiz regional və qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsinin qəti tərəfdarıdırlar. Onlar istər ikitərəfli formatda, istərsə də üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində dostluq münasibətlərini dəstəkləyirlər. Bugünkü Azərbaycan beynəlxalq münasibətlərin mühüm subyektidir, Qafqaz regionunun iqtisadi, siyasi və mədəni mərkəzidir. Bunu, Azərbaycanın demək olar ki, dünyanın 150 ölkəsi ilə ticarət əməliyyatı aparması və Avropanın bir sıra ölkələrində biznesə sərmayə yatırması təsdiq edir. Bundan əlavə, TRASECA hökumətlərarası komissiyanın daimi katibliyinin fəaliyyəti, Bakıda Dubay Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə nümayəndəliyinin açılması, eləcə də gələn il ölkənizdə Ekobankın illik iclasının keçirilməsi beynəlxalq və regional əməkdaşlıq sistemində Azərbaycanın bir daha önəmli mövqeyinin göstəricisidir.
Biz əsl dost kimi, şübhəsiz ki, qardaş ölkənin bu nailiyyətlərinə sevinirik.
Fürsətdən istifadə edərək bəyan edirəm ki, Tacikistan Azərbaycanın nüfuzunun möhkəmləndirilməsinə, sülhün bərqərar olmasına, sabitlik və regional əməkdaşlığa hədəflənmiş təşəbbüsləri daim dəstəkləyəcək.
Əziz qonaqlar. Bir daha xoş gəlmisiniz! Hörmətli İlham Heydər oğlu! Mən böyük məmnunluqla qarşılıqlı münasibətlərimizin vəziyyəti və perspektivləri ilə bağlı fikirlərinizi bölüşməyi xahiş edərdim. Buyurun.
X X X
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
- Çox sağ olun, hörmətli Emoməli Şərifoviç, əziz dostlar. İlk növbədə, Tacikistana yenidən rəsmi səfər etmək dəvətinə görə Sizə təşəkkürümü bildirmək istərdim. Dost, qardaş Tacikistan torpağında olmağıma çox şadam. Mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən qonaqpərvərlik münasibətlərimizin yüksək səviyyəsinə dəlalət edir. İlk növbədə, Sizi və bütün tacik xalqını müstəqilliyin möhkəmləndirilməsi və Tacikistanın sosial-iqtisadi inkişafı işində böyük nailiyyətləri münasibətilə təbrik etmək istərdim. Həmin uğurlar illik sürətli iqtisadi artım rəqəmlərində özünü göstərir. Bu uğurları elə ilk baxışdan Düşənbənin necə yeniləşdiyini və gözəlləşdiyini görəndə də hiss etmək olar. Qurub-yaratma, inkişaf, beynəlxalq və regional siyasətdə fəal iştirak ölkənizi səciyyələndirir. Biz dost kimi sizin uğurlarınıza sevinirik.
Əlbəttə ki, rəsmi səfərin imkanlarından istifadə edərək, gələcək əməkdaşlığın yollarını müəyyənləşdirmək istəyirik. Bu gün təkbətək görüşdə qeyd etdiyimiz kimi, biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əməkdaşlıq edirik. Biz bütün məsələlərdə bir-birimizi dəstəkləməliyik. Çünki fikir mübadiləsi zamanı qeyd etdiyimiz kimi, bizim çox mürəkkəb, xüsusilə müstəqilliklə bağlı mürəkkəb tariximiz var. Müstəqillik böyük çətinliklərlə əldə edilib. Bəlkə də ən çətin vəziyyətə Tacikistan və Azərbaycan düşmüşdü. Çünki məhz bizim ölkələrimizdə vətəndaş müharibəsi olmuşdu. Sizdə bu müharibə daha uzun müddət çəkdi və daha böyük qurbanlar oldu. Bizdə isə bu müharibə nisbətən az çəkdi, lakin xeyli tələfat oldu. Mahiyyətcə bu sarsıntılar ölkələrimizə inkişaf etməyə imkan vermirdi. Sizin rəhbərliyinizlə Tacikistanda sabitliyin bərqərar edilməsi davamlı inkişaf üçün başlıca amil oldu. Bu gün ölkənizə sərmayələr yatırılır, Tacikistan beynəlxalq və regional təhlükəsizlik sistemində layiqli yer tutur, regionda vacib rol oynayır. Əlbəttə ki, Tacikistan inkişaf etdikcə bu rol daha da artacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə məhdud tərkibdə görüşü başlayıb.
07 may 2025, 16:41Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali...
07 may 2025, 16:34Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının...
07 may 2025, 15:43Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...
07 may 2025, 15:41Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası...
07 may 2025, 15:39Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib.
-2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan...
06 may 2025, 18:40Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...
06 may 2025, 16:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam...
06 may 2025, 16:04Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam...
06 may 2025, 16:02Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 5 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Aparatı – idarələr və şöbələr.
2. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri...
05 may 2025, 16:04Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 5 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra – Nazirlik) Azərbaycan Respublikasının xarici siyasətini və...
05 may 2025, 16:02