İlham Əliyev Xırdalanda Bayraq Meydanında olub

03 oktyabr 2014, 16:20
İlham Əliyev Xırdalanda Bayraq Meydanında olub

Prezident İlham Əliyev Xırdalan şəhərindəki Bayraq Meydanında olub. 

Dövlətimizin başçısına məlumat verildi ki, bayraq dirəyinin hündürlüyü 65 metrdir. Burada müxtəlif videogörüntülərin nümayiş etdirilməsi üçün böyük monitor da quraşdırılıb.

Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, bu gün müstəqil ölkəmizin başı üzərində dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımıza dövlət səviyyəsində olan ehtiramın göstəricisidir. Təsadüfi deyil ki, indi hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Dövlət atributlarına xüsusi ehtiramla yanaşan Prezident İlham Əliyev bu məsələdə hər zaman həssas münasibəti ilə seçilib. Odur ki, paytaxtla yanaşı, bölgələrimizdə də Bayraq meydanları salınıb. Abşeron rayonundakı Bayraq Meydanı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55