16:47
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra...
09 fevral 2026, 16:47
Həştərxanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
Rusiya Prezidenti Vladimir PUTİN dedi:
- Çox hörmətli İlham Heydər oğlu.
Çox hörmətli həmkarlar.
Mənə çox xoşdur ki, Xəzəryanı ölkələrin Sammiti çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşürəm. Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə dostluq və etimad xarakteri daşıyıb. Biz çox şadıq ki, münasibətlərimiz bu ruhda inkişaf edir, özü də müxtəlif istiqamətlərdə, o cümlədən ən həssas sahələrdə. Dünya və Rusiya iqtisadiyyatında bəzi problemlərə baxmayaraq, iqtisadi sahədə də irəliləyiş var. Biz son vaxtlar əmtəə dövriyyəsində çox böyük olmasa da, artım müşahidə edirik – 2 faiz, hər halda bu, artımdır. Biz həmişə görüşməyə, bütün ikitərəfli məsələlərimiz barədə bir daha müzakirə və fikir mübadiləsi aparmağa şadıq.
X X X
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
- Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç.
İlk növbədə, Sizi bizim ümumi qənaətimizcə, irəliyə doğru addım olan Sammitin uğurla başa çatması münasibətilə təbrik etmək istəyirəm. Sammitdə olduqca vacib qərarlar qəbul edildi. Tərəflərin yaxınlaşması baxımından bu qərarlar Xəzər regionunda sonrakı əməkdaşlıq üçün əhəmiyyətli rol oynayacaq. O ki qaldı bizim ikitərəfli münasibətlərimizə, çox şadam ki, aramızda mütəmadi dialoq davam edir. Biz keçən ay və bu gün görüşdük. Bu, bizim münasibətlərimizin səviyyəsinin göstəricisidir. Bu müddətdə bizim nümayəndə heyətlərinin də qarşılıqlı görüşləri olub. Bizim aramızda bütün istiqamətlər üzrə - iqtisadi, siyasi, energetika sahələrində, humanitar məsələlərlə bağlı əməkdaşlıqda çox yaxşı dinamika davam edir. Biz bu yaxın günlərdə Humanitar Forum keçirəcəyik. Bu Forum Rusiya və Azərbaycanın nümayəndələrinin təşəbbüsü ilə yaranıb. Biz bütün istiqamətlər üzrə dinamika və müsbət irəliləyiş müşahidə edirik, buna çox şadıq. Fikirləşirəm ki, bundan sonra da ölkələrimizin münasibətlərində yaxşı məqamları görəcəyik. Bir daha qonaqpərvərliyə görə çox sağ olun.


Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra...
09 fevral 2026, 16:47Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad...
09 fevral 2026, 16:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun...
09 fevral 2026, 16:45Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il dekabrın 4-də Riqa şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Latviya Respublikasının...
09 fevral 2026, 16:44Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında...
09 fevral 2026, 16:35Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...
09 fevral 2026, 16:34Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...
09 fevral 2026, 16:33Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu təşəbbüs...
09 fevral 2026, 15:27Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən...
09 fevral 2026, 14:19
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin...
06 fevral 2026, 19:24