İlham Əliyev ilk ceyran sürüsünün buraxılması prosesini izləmişdir

24 dekabr 2010, 17:02
İlham Əliyev ilk ceyran sürüsünün buraxılması prosesini izləmişdir

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin yaxınlığında Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsünün buraxılması prosesini izləmişlər.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verdi ki, Heydər Əliyev Fondu ekologiyanın və təbii mühitin tarazlığının qorunması, ekoloji tarixin və ölkə ərazisindəki bioloji müxtəlifliyin mühafizəsində müstəsna əhəmiyyət daşıyan “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinə dəstəyi davam etdirir. Abşeron rayonunun inzibati ərazisinə aid olan və Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığındakı bu arealda ceyranların sayının artırılması məqsədilə 2010-2011-ci illəri əhatə edən “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi icra olunur. Acınohur-Sarıca düzləri, Bozdağ silsiləsi, Mil düzü və Qobustan-Cəngiçay ərazilərini əhatə edən layihəyə əsasən, həmin ərazilərə daha çox ceyran köçürülməsi məqsədilə Şirvan Milli Parkından bu areallara ceyranlar gətirilir. Qobustan-Cəngiçay ərazisi ceyranların yaşaması üçün həm də zəngin bitki örtüyünə malikdir. Ərazidə tarixən böyük ceyran populyasiyası mövcud olmuşdur. Hazırda ceyranların burada məskunlaşması və yaşaması üçün bütün müvafiq tədbirlər həyata keçirilir.

Dövlət başçısına ceyranların tarixi məskənləri sayılan ərazilər və burada görülən işlər barədə məlumat verildi.

Prezident İlham Əliyev ölkə ərazisində ceyranların yaşadıqları tarixi arealları əks etdirən stendlərə baxdı. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin 2003-cü il 5 iyul tarixli sərəncamı ilə yaradılan Şirvan Milli Parkı ceyranların sayının davamlı artırılmasına şərait yaratmışdır. Şirvan Milli Parkında ekoturizm mərkəzi, ekoturizm şəhərciyi və muzey yaradılmış, ən müasir avadanlıqla təchiz olunmuşdur. Ceyranların bəslənmə və artırılma bazası sayılan Şirvan Milli Parkının yaradılması və həyata keçirilən mühafizə tədbirləri nəticəsində bu nadir heyvanların sayı sürətlə artırılaraq 9 minə çatmışdır. Bu isə ceyranların tarixi ərazilərdə reintroduksiyası üçün zəmin yaratmışdır. Bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsinin reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsini həyata keçirir.

Qobustan-Cəngiçay ərazisi də ceyranların tarixi areallarından biri sayılır və layihəyə əsasən buraya 150 ceyranın köçürülməsi nəzərdə tutulur. Layihəyə uyğun olaraq, mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması, quraq ərazilərdə su təminatı və yem tələbatının ödənilməsi, ceyran populyasiyasının mühafizəsinin gücləndirilməsi məqsədilə çevik antibrokonyer qrupların yaradılması və zəruri avadanlıqla təchiz edilməsi, layihə ərazisində müntəzəm monitorinqlərin keçirilməsi, vacib biotexniki tədbirlərin aparılması, ərazidə və ətrafda məskunlaşmış əhalinin ekoloji maarifləndirilməsi istiqamətində intensiv işlər görülmüşdür.

Qeyd olundu ki, nadir növ olan ceyranın mühafizəsinin gücləndirilməsi bu növün areallarının genişləndirilməsinə və yüz illər boyu mövcud olmuş təbii arealın yenidən bərpasına təkan verəcəkdir. Qobustan-Cəngiçay alçaq dağlıq vadisində Qobustan- Cəngiçay Dövlət Təbiət Yasaqlığının yaradılması buraya reintroduksiya ediləcək ceyranların, həmçinin təbii bitki örtüyünün mühafizəsinə də şərait yaradacaqdır.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ərazisində ceyranların məskunlaşması və reintroduksiyası ərazilərini əks etdirən xəritəyə də baxdı. 

Dövlət başçısı ceyranların keçmiş və indiki məskunlaşma arealları, miqrasiya dəhlizləri haqqında məlumatlarla tanış oldu. Bildirildi ki, ceyranların mühafizəsinin reintroduksiyası və tarixi areallarının yenidən bərpası layihəsinə əsasən Qobustan-Cəngiçay ərazisi ilə yanaşı, Şirvan Milli Parkında da müvafiq işlər görülür. 65 min hektardan artıq əraziyə malik parkda 9 min başa qədər ceyran saxlanılır. Bu da Avropa məkanında ən böyük ceyran populyasiyasıdır. Beyləqan rayonunda 18 min hektar ərazisi olan Ağgöl Milli Parkında da ceyranların reintroduksiyası uğurla davam etdirilir. Goranboy rayonundakı Korçay Dövlət Təbiət Qoruğunda 300 ceyran, Qax rayonundakı Acınohur və Sarıca düzlərində isə 3 ceyran sürüsü məskunlaşdırılmışdır. 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva üzərində peyk vasitəsilə məlumat toplayan xüsusi siqnalötürücü xaltası olan ceyranı Qobustan-Cəngiçay ərazisinə buraxdılar. 

Dövlət başçısı layihənin icrası zamanı istifadə edilən müxtəlif avadanlıq və digər vasitələrlə tanış oldu. Qeyd edildi ki, ceyranların təhlükəsizliyinin təmin olunması məqsədilə köçürülmə areallarına yaxın yerlərdə yerləşən qəsəbə və kəndlərin əhalisi arasında maarifləndirmə işləri də aparılır. Yol kənarlarında, arealların yaxınlığında xüsusi informasiya lövhələri qoyulur. Lövhələrdə ceyran ovunun qadağan edilməsi barədə məlumatlar verilir. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 01 may 2025
16:15
“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

01 may 2025, 16:15
SƏNƏDLƏR Qanunlar 01 may 2025
16:13
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...

01 may 2025, 16:13
SƏNƏDLƏR Sərəncamlar 01 may 2025
13:30
Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...

01 may 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07