15:05

Ölkədə yol-nəqliyyat kompleksinin yenidən qurulması işi uğurla davam etdirilir. Dövlət başçısının tapşırıqlarına əsasən ölkəmizin şəhər və rayonlarında mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlət başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, uzunluğu 14,2 kilometr, eni 6 metr olan yol 4-cü texniki dərəcəlidir. Tikinti işləri zamanı yolun Qaraçay üzərində olan hissəsində iki körpü inşa olunub. Bundan başqa, yol boyunca suötürücülər və avtobus dayanacaqları tikilib. Bu yolun əhəmiyyətini artıran ən mühüm amil onun 8 yaşayış məntəqəsini birləşdirməsidir. Uzun illər bu sarıdan əziyyət çəkən həmin kəndlərin əhalisi artıq müasir standartlara uyğun yoldan istifadə edəcəklər.
Qeyd olundu ki, avtomobil yolu həm rayonun nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin iqtisadiyyatın və turizmin inkişafında mühüm rola malik olacaq. Beləliklə, son illərdə ölkəmizin yol-nəqliyyat strukturunda baş verən əsaslı dəyişikliklər regionlarda da özünü büruzə verir. Rayon mərkəzlərinin küçə və yolları abadlaşdırılır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi,...
09 may 2025, 10:40