13:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də “Schlumberger Overseas S.A” (SLB) şirkətinin baş icraçı direktoru Olivye Le Peşi qəbul edib.
02 iyun 2025, 13:30Bakı Fransız Liseyinin açılışı olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, insan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin prinsiplərinin əsasını təşkil edir. Son illərdə ölkəmizdə müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu proqramın reallaşmasına güclü dəstək verib. Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində ölkəmizdə yaşayan milli azlıqların təhsilinə xüsusi diqqət göstərilib. Bundan əlavə, Bakıda yaşayan əcnəbilərin övladlarının təhsili ilə bağlı problemlərin aradan qaldırılması da diqqətdən kənarda qalmayıb. Bu məqsədlə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr öz bəhrəsini verib. Bakı Fransız Liseyinin yaradılması ilə bağlı həyata keçirilən layihə də bu sırada mühüm yer tutub.
Qeyd edək ki, paytaxtın “Ağ şəhər” adlanan ərazisində inşa olunan bu təhsil ocağı 320 şagird yerlikdir. Müasir memarlıq quruluşu ilə diqqət çəkən liseyin binası yüksək səviyyədə inşa olunub. Sahəsi 14 min kvadratmetr olan liseydə təlim-tədris üçün bütün şərait yaradılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva liseyin rəmzi açılışını bildirən lenti kəsdilər. Yüksək standartların tətbiq olunduğu bu tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai təhsil və kollec-lisey qrupları fəaliyyət göstərəcək. Cari tədris ilində 100 şagird liseydə təhsil almağa başlayacaq.
Qeyd edək ki, liseyin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dair” Sazişə əsasən qoyulub. Yaradılmasına Heydər Əliyev Fondunun da dəstək verdiyi lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaq. Fransız Liseyində tədris uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulacaq. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaq. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verəcək və nazirlik tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.
Xatırladaq ki, bu ilin mayında Fransa Prezidenti Fransua Olland da Azərbaycana rəsmi səfəri çərçivəsində Fransız Liseyinə gəlmiş və burada tikinti işlərinin gedişi ilə tanış olmuşdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də “Schlumberger Overseas S.A” (SLB) şirkətinin baş icraçı direktoru Olivye Le Peşi qəbul edib.
02 iyun 2025, 13:30Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi...
02 iyun 2025, 12:00Hörmətli tədbir iştirakçıları!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Sizi “Bakı Enerji Həftəsi”nin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.
Bu mühüm tədbir enerji sahəsində nailiyyətlərimizin təqdimatı...
02 iyun 2025, 11:57Hörmətli cənab Prezident,
2 İyun – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Dostluq, qarşılıqlı hörmət və...
02 iyun 2025, 11:07Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin adından Sizi və Azərbaycan Respublikasının bütün xalqını 28 May - Müstəqillik Günü...
30 may 2025, 20:20Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Xahiş edirəm, ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı qəbul...
30 may 2025, 20:11Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
28 May Azərbaycan xalqının milli...
30 may 2025, 20:00