İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın geniş tərkibdə görüşü olub

12 sentyabr 2014, 12:00
İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın geniş tərkibdə görüşü olub

Təkbətək görüş başa çatdıqdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar.

Sizi ölkəmizdə salamlamaq istəyirəm. Ümidvaram ki, Malayziya Baş nazirinin ilk səfəri uğurlu olacaq.

Təkbətək görüşümüz zamanı biz ikitərəfli əlaqələrimizin mühüm məsələlərini müzakirə etdik və indi nümayəndə heyətlərinin iştirakı ilə bunu davam etdiririk.

Biz ikitərəfli əlaqələrə böyük əhəmiyyət veririk. Malayziya bizim üçün yaxın dost və tərəfdaşdır. Əminəm ki, bu səfər əlaqələrimizə yeni təkan verəcək və biz siyasi, iqtisadi əlaqələrimizi gücləndirəcəyik. Biz xalqlarımız arasında əlaqələrin dərinləşməsi üzərində çalışacağıq. Xalqlarımız ünsiyyət saxlamaq və ikitərəfli əlaqələrimizin uğurlu inkişafına töhfə vermək üçün bir-birini daha yaxından tanımalıdırlar.

Əməkdaşlığımızın gündəliyi genişdir və bir çox sahələri əhatə edir. Əminəm ki, səfərinizin çox yaxşı nəticələri olacaq.

Nümayəndə heyətlərinin üzvləri də ikitərəfli əlaqələrin mühüm məsələləri - siyasi, enerji təhlükəsizliyi və regional təhlükəsizlik ilə bağlı müzakirələr aparacaqlar. Buna görə də ümidvaram ki, biz fəal dialoq və dostluğumuzu davam etdirəcəyik. Təbii ki, bu səfər çox əhəmiyyətlidir. Çünki bu, qarşılıqlı etimadın və dostluğun yaxşı göstəricisidir. Bir daha xoş gəlmisiniz.

X X X

Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul RAZAK dedi:

- Cənab Prezident, belə səmimi və gözəl qəbula görə Sizə təşəkkür edirik. Ötən gecə gələndə dediyim kimi, Sizin rəhbərliyinizlə sürətli və eyni zamanda, keyfiyyətli inkişaf məni heyrətləndirdi. Bakının müasir şəhərə, Azərbaycanın güclənən, inkişaf edən, böyük potensialı olan ölkəyə çevrilməsini görmək yeni nəfəs almaq deməkdir.

Zati-aliləri, Sizi bu mükəmməl rəhbərliyiniz münasibətilə təbrik etmək istərdim. Mən bu səfəri səbirsizliklə gözləyirdim.

Ölkəniz barədə çoxlu məlumatlar eşitmişdim və gördüklərim məni çox sevindirir. Mən gələcəkdə burada daha çox vaxt keçirmək, bu gözəl mənzərəni görmək istərdim.

İkitərəfli əlaqələrimizə gəlincə, ölkələrimiz arasında çox müsbət münasibətlər var. Düşünürəm ki, biz bu münasibətlərə əsasən əməkdaşlığın bir çox sahələrini aşkar edə bilərik. Hesab edirəm ki, bunun əsasını Sizin ölkənizdə neft və qaz sahəsində əməkdaşlıq təşkil edəcək. Düşünürəm ki, bu gün imzalanacaq Anlaşma Memorandumu əməkdaşlığımızın inkişafında çox mühüm bir mərhələnin başlanğıcı olacaq.

SƏNƏDLƏR Fərmanlar 15 may 2025
12:20
“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11...

15 may 2025, 12:20
SƏNƏDLƏR Fərmanlar 15 may 2025
11:50
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin...

15 may 2025, 11:50
SƏNƏDLƏR Qanunlar 15 may 2025
11:48
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi...

15 may 2025, 11:48
SƏNƏDLƏR Fərmanlar 15 may 2025
11:46
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 191-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis...

15 may 2025, 11:46