İlham Əliyevin Türkiyəyə səfəri başa çatmışdır

23 dekabr 2010, 22:27
İlham Əliyevin Türkiyəyə səfəri başa çatmışdır

İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başa çatmışdır.

İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola saldılar.

X X X

Həmin gün Prezident İlham Əliyev Vətənə qayıtdı.

Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.