İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın təkbətək görüşü olub

12 sentyabr 2014, 11:25
İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın təkbətək görüşü olub

Prezident İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi. Malayziya Baş nazirinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulandı. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55