17:29
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanları ləğv edilsin:
1. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 iyun tarixli 467 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, №1, maddə 20; 2008, №3, maddə 168, № 8, maddə 713).
2. “İmmiqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 114 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, №3, maddə 166; 2008, №3, maddə 168, №8, maddə 713; 2009, № 7, maddə 532).
3. “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 29; 2004, № 1, maddə 19; 2008, № 3, maddə 168, № 6, maddə 482, № 9, maddə 798; 2009, № 7, maddə 532; 2011, № 6, maddə 507).
4. “Azərbaycan Respublikasına immiqrasiya haqqında vəsatətə baxılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 773 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 493; 2008, № 3, maddə 168; 2009, № 1, maddə 11, № 5, maddə 331, № 7, maddə 532, № 12, maddə 993; 2010, № 9, maddə 770).
5. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 860 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 92; 2008, № 3, maddə 168).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 sentyabr 2014-cü il.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...
17 noyabr 2026, 15:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...
17 noyabr 2026, 15:44Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...
17 noyabr 2026, 15:43Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...
17 noyabr 2026, 15:41Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...
17 noyabr 2026, 15:40Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 16 noyabr tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Bir pəncərə” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını m...
16 noyabr 2026, 13:31Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...
16 noyabr 2026, 13:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə ...
16 noyabr 2026, 13:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və n...
16 noyabr 2026, 13:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nöm...
16 noyabr 2026, 13:21