Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

10 sentyabr 2014, 19:25

Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair hüquqların əldə edilməsi prosesinin daha səmərəli həyata keçirilməsi üçün aşağıdakı xidmətlərin dövlət və ya bələdiyyə orqanları tərəfindən mobil “ASAN xidmət” nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsini 2014-cü il sentyabrın 20-dən etibarən təşkil etsin:
1.1. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
1.2. notariat fəaliyyəti;
1.3. şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
1.4. daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün xidmətlər;
1.5. hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
1.6. torpaq sahəsinin plan-ölçüsü, bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahələrinin yerquruluşu planları, torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərlə bağlı arayışların verilməsi və digər torpaq kadastrı xidmətləri;
1.7. müvafiq ərazi üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində olan torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin icarəyə verilməsinə razılıq verilməsi;
1.8. müvafiq ərazi üzrə dövlət mülkiyyətində olan torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin istifadəyə və icarəyə verilməsi;
1.9. müvafiq ərazi üzrə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə əlaqədar sənədlərin qəbulu və təqdim edilməsi.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Milli Arxiv İdarəsinə, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə müvafiq torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin yerləşdiyi yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, 2014-cü il sentyabrın 20-dək:
2.1. bu Fərmanının 1-ci hissəsində göstərilən xidmətlərin səyyar formada həyata keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mobil “ASAN xidmət” nəqliyyat vasitələrində onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki və informasiya resursları ilə təmin etsinlər;
2.2. səyyar xidmətə təyin edilən əməkdaşlarının operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərmələrini təmin etsinlər.
3. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mobil “ASAN xidmət” nəqliyyat vasitələrində xidmət göstərəcək dövlət orqanlarının informasiya sistemləri arasında əlaqələndirməni təmin etmək məqsədi ilə 2014-cü il sentyabrın 20-dək həmin nəqliyyat vasitələrini rabitə kanalları ilə təmin etsinlər.
4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan səyyar xidmətlərin təşkili ilə bağlı işlərin gedişi barədə “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasına mütəmadi olaraq məlumat versin.
5. Bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan Dövlət Komissiyası bu Fərmanın icrasına nəzarəti həyata keçirsin və görülən işlərin yekunu ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 sentyabr 2014-cü il.

SƏNƏDLƏR Fərmanlar 21 avqust 2026
15:48
“Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış “Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq ...

21 avqust 2026, 15:48
SƏNƏDLƏR Fərmanlar 21 avqust 2026
15:47
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıql...

21 avqust 2026, 15:47
SƏNƏDLƏR Fərmanlar 21 avqust 2026
15:46
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında ...

21 avqust 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 21 avqust 2026
15:45
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anl...

21 avqust 2026, 15:45
SƏNƏDLƏR Fərmanlar 21 avqust 2026
15:44
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinlə...

21 avqust 2026, 15:44
SƏNƏDLƏR Sərəncamlar 20 avqust 2026
15:58
“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin ink...

20 avqust 2026, 15:58
SƏNƏDLƏR Fərmanlar 20 avqust 2026
15:57
“Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqınd...

20 avqust 2026, 15:57
SƏNƏDLƏR Fərmanlar 20 avqust 2026
15:56
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin strukturu

Azərbaycan Respublikası Prezidentinin

2026-cı il 20 avqust tarixli Fərmanı ilə

təsdiq edilmişdir

1. Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Aparatı.

2. Azərbaycan Respublikasında Kiçik və Orta Biz...

20 avqust 2026, 15:56
SƏNƏDLƏR Fərmanlar 20 avqust 2026
15:55
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin

2026-cı il 20 avqust tarixli Fərmanı ilə

təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxrac...

20 avqust 2026, 15:55
SƏNƏDLƏR Fərmanlar 20 avqust 2026
15:54
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi”nin və strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqınd...

20 avqust 2026, 15:54