İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın görüşü olub

04 sentyabr 2014, 21:35
İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın görüşü olub

Uelsdə NATO sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Azərbaycan ilə Fransa arasında əməkdaşlığın müxtəlif sahələrdə daha yaxşı perspektivlərinin olduğu vurğulandı. 

Söhbət zamanı dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi apardılar. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55