Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamadan

30 iyul 2014, 13:15

Hörmətli cənab Prezident,

Amerika xalqı adından Sizi və xalqınızı mübarək Ramazan bayramı münasibətilə təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Dünyanın hər yerində yaşayan müsəlmanlar ötən ay ərzində Ramazan ayının gözəl ənənələrini paylaşmış, inanclarından qaynaqlanan daxili rahatlıq naminə ehtiyacı olanlara yardım əli uzatmışlar. Ümidvaram ki, müqəddəs Ramazan ayı ölkənizin müsəlmanları üçün mənəvi saflaşma, mərhəmət və şəfqət hisslərinin bölüşdürülməsi dövrü olmuşdur.

Qoy qarşıdan gələn il Sizə və xalqınıza sülh, cansağlığı və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!

Səmimiyyətlə,

Barak Obama

Amerika Birləşmiş Ştatlarının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55