İlham Əliyev Avstriyanın OMV Şirkəti İcraiyyə Şurasının sədri Volfqanq Ruttenstorferi qəbul etmişdir

11 dekabr 2010, 16:07
İlham Əliyev Avstriyanın OMV Şirkəti İcraiyyə Şurasının sədri Volfqanq Ruttenstorferi qəbul etmişdir

Prezident İlham Əliyev Avstriyanın OMV Şirkəti İcraiyyə Şurasının sədri Volfqanq Ruttenstorferin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

OMV Şirkəti İcraiyyə Şurasının sədri Volfqanq Ruttenstorfer bu vəzifədə onu əvəz edəcək Gerhard Royssi dövlətimizin başçısına təqdim etdi.

Görüşdə Avstriyanın OMV Şirkətinin Azərbaycanın neft və qaz yataqlarının birgə işlənilməsində iştirakı imkanlarının, Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığının, Nabukko layihəsinin həyata keçirilməsinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilmişdir.