11:06
Hörmətli cənab Prezident,
13 İyul – Dövlətçilik Günü münasibətilə Sizi və Monteneqro xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Xoş ənənələr üzərində qurulan...
13 iyul 2026, 11:06
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alain Quidettini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlət başçısı səfir Alain Quidettinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin Azərbaycana, özünün isə İsveçrəyə səfərini xatırlayaraq bu səfərlərin önəmini qeyd etdi və həmin səfərlər zamanı əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı məhsuldar müzakirələrin aparıldığını bildirdi. İkitərəfli əlaqələrimizin inkişafına verdiyi töhfəyə görə isveçrəli diplomata təşəkkürünü bildirən dövlətimizin başçısı gələcək fəaliyyətində ona uğurlar arzuladı.
2008-ci ildə İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin iştirakı ilə ölkəsinin Bakıdakı rəsmi nümayəndəliyinin açılışını xatırlayan diplomat Alain Quidetti ötən dörd ilin rəsmi nümayəndəlik üçün uğurlu və məhsuldar başlanğıc olduğunu dedi. O, ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda gedən inkişaf proseslərinin şahidi olmasından məmnun qaldığını bildirdi və bu inkişaf proseslərinin gələcəkdə də davam edəcəyinə əminliyini ifadə etdi.
Hörmətli cənab Prezident,
13 İyul – Dövlətçilik Günü münasibətilə Sizi və Monteneqro xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Xoş ənənələr üzərində qurulan...
13 iyul 2026, 11:06Əlahəzrət,
Atanız – görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Şeyx Həməd bin Xəlifə Al Tani Qətər Dövlətinin tarixində silinməz iz qoymuş,...
12 iyul 2026, 13:24
Hörmətli cənab Prezident,
11 İyul – Monqolustanın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Qarşılıqlı...
11 iyul 2026, 11:02