İlham Əliyev Böyük Britaniyanın energetika nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

10 iyul 2014, 16:00
İlham Əliyev Böyük Britaniyanın energetika nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri Maykl Fallonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazir Maykl Fallon Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Baş nazirinin Prezident İlham Əliyev ilə Haaqada görüşünü məmnunluqla xatırladığını dedi. Maykl Fallon ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji və qeyri-enerji sektorunda inkişaf etdirilməsinə böyük önəm verdiyini vurğuladı.

Dövlət başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji və qeyri-enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Son altı ayda qeyri-enerji sektorunda iqtisadiyyatın dinamik şəkildə artdığını bildirən Prezident İlham Əliyev bunu ölkə iqtisadiyyatının şaxələndirilməsinin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Azərbaycan ilə bp arasında 20 illik uğurlu əməkdaşlığa toxunan dövlətimizin başçısı enerji, infrastruktur, inşaat və digər birgə layihələrin həyata keçirilməsində Böyük Britaniya şirkətlərinin bundan sonra da yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Baş nazir Devid Kemeronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20