İlham Əliyev Nikaraquanın xarici işlər nazirini qəbul etmişdir

09 iyul 2014, 16:00
İlham Əliyev Nikaraquanın xarici işlər nazirini qəbul etmişdir

Prezident İlham Əliyev Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos Lopezi qəbul etmişdir.

Xarici işlər naziri Samuel Santos Lopezin Azərbaycana səfərinin Nikaraquadan ölkəmizə ilk yüksək səviyyəli rəsmi səfər olmasının önəmini vurğulayan dövlətimizin başçısı gələcəkdə bu cür səfərlərin intensivləşəcəyinə əminliyini ifadə etdi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsinə toxunan Prezident İlham Əliyev Azərbaycan ilə Nikaraqua arasında siyasi, iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.

Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopez ölkəmizə ilk rəsmi səfərindən məmnunluğunu bildirdi. Nazir Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20