“ADA” Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

08 iyul 2014, 19:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “ADA” Universitetinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. “ADA” Universitetinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur). 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

2.4. “ADA” Universitetinin fəaliyyət istiqamətlərinə uyğun olaraq informasiya texnologiyaları və mühəndislik üzrə tədrisin təşkili üçün bina tikilməsi, müasir təhsil infrastrukturunun və maddi-texniki bazanın təmin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

2.5. “ADA” Universiteti nəzdində eksperimental tipli məktəbəqədər və ümumi təhsil müəssisələrinin təşkili üçün bina tikilməsi, müasir təhsil infrastrukturunun və maddi-texniki bazanın təmin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

2.6. “ADA” Universitetinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin; 

2.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “ADA” Universitetinin dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2014-cü il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55