Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası daxili işlər orqanlarında rabitə və təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşlarına fəxri adlar verilsin:
“Əməkdar Mühəndis” fəxri adı:
Hüseynov Elsevər Abbas oğlu - polis polkovniki
“Əməkdar Müəllim” fəxri adı:
Hümbətov Səməd Həmid oğlu - polis polkovniki.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyul 2014-cü il.