İlham Əliyevin adından ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi verilmişdir

28 iyun 2014, 20:45
İlham Əliyevin adından ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi verilmişdir

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında keçirilən iyirmi üçüncü illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi verilmişdir.

Dövlət başçısı ziyafətdə iştirak edən qonaqlarla görüşdü, onlarla söhbət etdi.

Sonra Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:

- Hörmətli qonaqlar.

Mən sizi salamlamaq istərdim və ölkəmizə bir daha “Xoş gəlmisiniz!” deyirəm. Sizi Azərbaycanda qəbul etməkdən həqiqətən böyük şərəf və iftixar hissi duyuruq. Əminəm ki, ölkəmizə səfərinizi uzun illər xatırlayacaqsınız. Bu gün və sabah, eləcə də gələn bir neçə gün ərzində biz beynəlxalq münasibətlərə aid mühüm məsələləri, münaqişələri və ümumiyyətlə, beynəlxalq siyasətə aid məqamları müzakirə edəcəyik.

İndi isə mən digər mövzu, mədəniyyətimiz, irsimiz və adət-ənənələrimiz haqqında bir neçə söz söyləmək istəyirəm.

Ümidvaram ki, Azərbaycanın mədəniyyəti, ənənələri, xalqımızın yaşayış tərzi ilə tanış olmaq, tarixi abidələrimizi ziyarət etmək üçün vaxtınız olacaqdır. Fərəh hissi ilə qeyd edirik ki, Qız qalası, Şirvanşahlar Sarayı və İçərişəhər kimi Bakının rəmzləri UNESCO tərəfindən qorunur və Dünya Mədəni İrsinin hissəsi hesab edilir. Bununla belə, müasir Azərbaycanın da abidələri vardır. Azərbaycanın müasir rəmzləri də mövcuddur. Məsələn, dövlətçiliyimizi təcəssüm etdirən Dövlət Bayrağı Meydanı vardır. O, bir neçə il əvvəl yaradılıb. Ondan öncə orada hərbi donanmanın bazası yerləşirdi.

Müasirliyin rəmzi olan “Alov qüllələri” paytaxtımızın mərkəzində yerləşir. Alov həyat mənbəyidir, Azərbaycan isə Odlar Yurdu hesab edilir. Bakının rəmzi üç alovdan ibarətdir. Bunu siz orta əsr nümunələrində də görə bilərsiniz.

Müasir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzinin yerində yüz ildən artıq fəaliyyət göstərmiş köhnə zavod yerləşirdi. Buradakı ətraf mühit də çirklənmişdi və tam məhv olmaq üzrə idi. Bəzi insanlar hesab edirlər ki, bu binanın memarlıq üslubu Bakının küləyini əks etdirir, çünki Bakı çox küləkli şəhərdir. Bəziləri bu binanı Xəzərin dalğalarına bənzədir. Digərlərinin başqa rəyi vardır. Lakin mən hesab edirəm ki, Mərkəz ölkəmizin müasirləşdirilməsini təcəssüm etdirir. Bu isə inkişafımızın əsas məqsədləridir: müasirləşmək, yaratmaq, inkişaf etmiş ölkə olmaq və müstəqilliyimizi gücləndirmək.

Müstəqillik xalqımız üçün ən böyük dəyərdir. Azərbaycanın tarixində, həyatımızın bütün mərhələlərində ölkəmiz heç vaxt bu qədər inkişaf etməmişdir.

Mən sizə böyük uğurlar arzulayıram. Ümidvaram ki, səfərinizdən məmnun qalacaqsınız. Ümid edirəm ki, yenidən ölkəmizə səfər edəcəksiniz. Fürsətdən istifadə edərək mən sizin hamınızı gələn ilin yayında ilk Avropa Oyunlarını keçirdiyimiz zaman ölkəmizə dəvət etmək və qonaqlarımız arasında görmək istəyirəm. Sizə xoş axşam arzu edirəm. Sağ olun.

                                                                 X X X

Mərasimdə Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.

Daha sonra ATƏT Parlament Assambleyasının sədri Ranko KRİVOKAPİÇ çıxış edərək dedi:

- Cənab Prezident Əliyev.
Hörmətli Narışkin, hörmətli Əsədov.

Mənim üçün ziyafət artıq başa çatdıqdan sonra danışmaq daha asandır. Çünki Siz çıxışınızı ziyafətdən öncə etdiniz, hamı isə naharı gözləyirdi.

Mən cənab Prezident Əliyevə təşəkkürümü bildirirəm. Tariximizdə ilk dəfə idi ki, cənab Prezident bütün günü bizimlə oldu. Bu, məni heç də təəccübləndirmir. O, özü parlament üzvü olub, üç il Avropa Şurası Parlament Assambleyasında fəaliyyət göstərib. Parlamentarilər bir-birilərini çox asan başa düşür və zəruri məsələləri müzakirə edirlər. Bu, bizim ilk günümüz oldu. Adətən birinci gün ikinci və üçüncü günlərlə müqayisədə daha ağır olur. Biz öz aramızda söhbət apardıq, daha yaxşı anlaşma qurduq.

Biz vahid bir ailəyə - ATƏT-in Parlament Assambleyası ailəsinə çevrilmişik. Mənim üçün ildə üç dəfə bu çərçivədə toplaşmaq şərəfdir. Biz bu gün bir yerdəyik. Öz bəyanatlarımızı, vacib hesab etdiyimiz məsələləri, məlumatlarımızı nəzərdən keçiririk. Digərləri ilə fikir mübadiləsi aparırıq və bu yolla bir-birimizi daha da zənginləşdiririk. Yeni fikirlərlə daha da zənginləşirik. Tam əminəm ki, biz bununla dostluğumuzu daha da gücləndirəcəyik. Nəhayət, bizim bütün məsələlərə diqqət və qayğı ilə yanaşmağımız çox vacibdir. Yəni, biz sırf praqmatik qərarları qəbul edən şəxslər deyilik, biz canlı insanlarıq. Bizim öz hisslərimiz, inamımız var, çalışırıq öz ölkələrimizə mümkün qədər xidmət edək. Hər zaman ölkələrimiz üçün müsbət məqamlara inanırıq. Bu xoş məram gec-tez hamımız üçün yaxşı nəticələr verir.

Böyük fərəh hissi ilə qeyd edirəm ki, ATƏT Parlament Assambleyası daha da güclənir, daha çevik olur, daha böyük imkanları yaranır, birliyimiz də güclənir. Birgə çalışmağımız xüsusi əhəmiyyət kəsb edir. Biz ümumi dəyərlərə malikik.

Mən Azərbaycan Respublikasına xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, Siz bizə qeyri-adi qonaqpərvərliyinizi nümayiş etdirdiniz. Mən bu sözləri xoşa gəlmək üçün söyləmirəm. Bu, həqiqətdir. Azərbaycan Prezidenti ilə bütün günü bir yerdə olmaq bizim hamımız üçün xüsusi bir gün oldu. Gərgin əməyinizə, ümumi məqsədlərimizə sadiq olduğunuza görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42