İlham Əliyev ABŞ senatorunun və konqresmeninin başçılıq etdikləri nümayəndə heyətini qəbul etmişdir

28 iyun 2014, 15:40
İlham Əliyev ABŞ senatorunun və konqresmeninin başçılıq etdikləri nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Birləşmiş Ştatların Missisipi ştatından olan respublikaçı senator Rocer Uikerin və Nyu Cersi ştatından olan respublikaçı konqresmen Kristofer Smitin başçılıq etdikləri ABŞ nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının əhəmiyyətinə toxunularaq tədbirdə səmərəli müzakirələrin aparılacağı əminliklə qeyd olundu. 

Söhbət zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT Parlament Assambleyası çərçivəsində əməkdaşlığımız ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55