İlham Əliyev Türkiyənin Avropa Birliyi işləri üzrə nazirini qəbul etmişdir

27 iyun 2014, 14:30
İlham Əliyev Türkiyənin Avropa Birliyi işləri üzrə nazirini qəbul etmişdir

Prezident İlham Əliyev Türkiyə Respublikasının Avropa Birliyi işləri üzrə naziri Mövlud Çavuşoğlunu qəbul etmişdir.

Nazir Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

O, Prezident İlham Əliyevi Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması münasibətilə təbrik etdi.

Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqdakı nitqinin ölkəsində böyük maraqla izlənildiyini dedi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olundu, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasının önəmi vurğulandı, ölkələrimizin beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığının bundan sonra da genişləndiriləcəyi əminliklə qeyd olundu.

Dövlət başçısı İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Baş nazirinə çatdırmağı xahiş etdi. 

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20