Hörmətli cənab Prezident,
Kolumbiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Kolumbiya münasibətlərinin inkişafı istiqamətində atılan ardıcıl addımlar böyük məmnunluq doğurur.
Ümidvaram ki, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kolumbiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 iyun 2014-cü il.