Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Xorvatiya arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 iyun 2014-cü il.