İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör ilə görüşmüşdür

24 iyun 2014, 15:00
İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör ilə görüşmüşdür

Fransa Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brasör ilə görüşmüşdür.

Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlət başçısı Avropa Şurasının Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olundu. Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində görülən işlər, o cümlədən Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55