İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir

18 iyun 2014, 20:50
İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir

Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir.

Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev xarici işlər naziri Sergey Lavrovun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı, Azərbaycan ilə Rusiyanın bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini söylədi. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə ötənilki səfərinin münasibətlərimizin inkişafına təkan verdiyini qeyd etdi, həmin səfər zamanı aparılan danışıqların və fikir mübadiləsinin əməkdaşlığımızın sonrakı inkişafı baxımından çox səmərəli olduğunu bildirdi. Dövlətimizin başçısı dedi ki, ölkələrimiz parlamentlər və nazirliklər səviyyəsində də səmərəli əməkdaşlıq edir. Humanitar və digər sahələrdə əməkdaşlıq da uğurludur. Prezident İlham Əliyev xalqlarımızın və ölkələrimizin rifahı naminə münasibətlərimizin bundan sonra da inkişafı üçün hər iki ölkənin səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.

Xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin səmimi salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, Rusiya dövləti başçısının ölkəmizə ötənilki səfərini və səfər zamanı keçirilən görüşləri məmnunluqla xatırladığını dedi.

S.Lavrov Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıması, iqtisadi, investisiya, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla davam etməsi barədə fikirləri ilə şərik olduqlarını bildirdi.

Xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə rəsmi səfəri çərçivəsində humanitar əməkdaşlıqla bağlı proqramın imzalandığını da xatırlatdı. O bildirdi ki, Azərbaycan ilə Rusiya regional və beynəlxalq səviyyədə uğurla əməkdaşlıq edir və xarici işlər nazirlərinin bugünkü görüşündə də bu barədə müzakirələr aparılmışdır.

Sergey Lavrov bildirdi ki, müzakirələr zamanı Xəzəryanı ölkələrin qarşıdakı sammiti, həmçinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin ötənilki görüşü, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə dair fikir mübadiləsi aparılmışdır. O, BMT, ATƏT və hazırda Azərbaycanın sədrlik etdiyi Avropa Şurasının Nazirlər Komitəsində ölkələrimizin qarşısında duran ümumi məsələləri də müzakirə etdiklərini dedi.

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv seçkilərində Azərbaycanın namizədliyini dəstəklədiyinə görə bir daha Rusiya tərəfinə təşəkkürünü bildirdi və Azərbaycanın bu quruma sədrlik etdiyi dövrlərdə ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin ölkəmizin mövqeyi və prioritetlərini Avropa ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın bu quruma sədrliyi dövründə də ölkələrimiz arasında sıx əməkdaşlığın olacağına əminliyini bildirdi.

Dövlətimizin başçısı Prezident Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 yanvar 2025
19:25
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...

30 yanvar 2025, 19:25
SƏNƏDLƏR Qanunlar 30 yanvar 2025
19:23
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...

30 yanvar 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 29 yanvar 2025
10:30
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...

29 yanvar 2025, 10:30
SƏNƏDLƏR Fərmanlar 28 yanvar 2025
16:28
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...

28 yanvar 2025, 16:28