İlham Əliyev Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidentini qəbul etmişdir

18 iyun 2014, 13:15
İlham Əliyev Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidentini qəbul etmişdir

Prezident İlham Əliyev Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Herviq Van Staanı qəbul etmişdir.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Herviq Van Staa paytaxtımızda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Dövlət başçısı təkcə paytaxtda deyil, respublikanın ayrı-ayrı regionlarında sürətli inkişafın getdiyini bildirdi. Prezident İlham Əliyev ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı üç Dövlət Proqramının qəbul olunduğunu və uğurla icra edildiyini dedi.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin inkişafı, ölkəmizin Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi ilə əməkdaşlığının perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20