İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın geniş tərkibdə görüşü olmuşdur

16 iyun 2014, 15:55
İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın geniş tərkibdə görüşü olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycan Prezidenti İlham Əliyevi bir daha ölkəsində salamladı və bu səfərin ikitərəfli əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət daşıdığını bildirdi.

Prezident Karolos PAPULYAS dedi:

- Aramızda mövcud olan siyasi münasibətlərin səviyyəsi çox yüksəkdir. Hesab edirəm ki, gələcək üçün hər bir sahədə çox yaxşı perspektivlər vardır. Mən bu sahələr arasında enerji sahəsini xüsusi qeyd etmək istəyirəm.

                                                                                           X X X

Prezident İlham ƏLİYEV dedi:

- Çox sağ olun, cənab Prezident. Dəvətə və bizə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Sizin ölkənizdə olmağımdan çox məmnunam.

Biz Sizinlə indi təkbətək görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha əmin olduq ki, Yunanıstan-Azərbaycan əlaqələri müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Siyasi, iqtisadi, mədəniyyət, enerji sahələrində çox gözəl nəticələr və uğurlar vardır. Əminəm ki, mənim səfərim bu əlaqələrin inkişafına yeni təkan verəcəkdir.

Qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram.

gallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55