İlham Əliyev Qırğızıstan parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

13 iyun 2014, 16:20
İlham Əliyev Qırğızıstan parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Qırğızıstan Jogorku Keneşinin (parlamentinin) sədri Asilbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekov Prezident Almazbek Atambayevin salamlarını dövlətimizin başçısına çatdırdı.

O, Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakıda keçirilən növbəti iclasının əhəmiyyətini vurğuladı. Sonra Asilbek Jeenbekov Qırğızıstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə parkın salınması ilə bağlı işlərin getdiyini məmnunluqla qeyd etdi.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı, ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyi qeyd olundu, ikitərəfli münasibətlərimizin iqtisadi, humanitar və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Söhbət zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bodrumda keçirilən Zirvə toplantısının əhəmiyyəti vurğulanaraq Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakıda keçirilən növbəti iclasının da əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.

Dövlət başçısı Prezident Almazbek Atambayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğızıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi. 

SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:41
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                              

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...

17 noyabr 2026, 15:41
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                                          

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...

17 noyabr 2026, 15:40
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30