Zati-aliləri,
İcazə verin, Sizi və bütün qardaş Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edim.
Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud olan ikitərəfli münasibətlər dərin ənənəvi əlaqələr, dostluq, mehriban qonşuluq və yüksək səviyyəli əməkdaşlıq, müxtəlif sahələrdə ümumi maraqları özündə birləşdirən uğurlu əlaqələrin əsasını təşkil edir.
Əminəm ki, bizim birgə səylərimiz nəticəsində əməkdaşlığımız ölkələrimiz və xalqlarımızın rifahı naminə gələcəkdə daha da dərinləşəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, Sizi əlamətdar bayram münasibətilə Gürcüstan hökuməti və gürcü xalqı adından bir daha təbrik edir və ən xoş arzularımızı çatdırıram.
Hörmətlə,
İrakli Ğaribaşvili
Gürcüstanın Baş naziri