İlham Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə görüşü olmuşdur

04 iyun 2014, 22:55
İlham Əliyevin Qazaxıstan Prezidenti  Nursultan Nazarbayev ilə görüşü olmuşdur

Bodrumda Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edildi. 

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə öz adından və xalqımızın adından təşəkkürünü bildirdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55