İlham Əliyev Çex Respublikasının xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

03 iyun 2014, 17:05
İlham Əliyev Çex Respublikasının xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralekin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, təhsil, mədəniyyət, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğu bildirildi, əlaqələrin daha intensiv xarakter almasından məmnunluq ifadə edildi, Çexiya xarici işlər nazirinin Bakıya səfərinin bu əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığı vurğulandı.

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20