İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul etmişdir

03 iyun 2014, 16:55
İlham Əliyev bp şirkətinin  baş icraçı direktorunu qəbul etmişdir

Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirildiyi məmnunluqla qeyd olundu.

Bakıda keçirilən XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında dünyanın xeyli sayda ölkə və şirkətlərinin iştirakının önəmi vurğulandı, bu tədbirin Azərbaycanın enerji sahəsində beynəlxalq əməkdaşlığını daha da genişləndirməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20