İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etmişdir

02 iyun 2014, 17:30
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etmişdir

Prezident İlham Əliyev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevi qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ticarət dövriyyəsinin artırılmasının önəmi qeyd edildi, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığı bildirildi. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20