Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Pakistan xalqı və hökuməti adından səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Ölkələrimiz çətin sınaq zamanlarında həmişə bir-birinə dəstək olmuşlar. Əminəm ki, yaxın zamanda bizim əlaqələr daha da güclənəcək, xalqlarımızın qarşılıqlı rifahı və firavanlığı artacaqdır. Mən ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsini səbirsizliklə gözləyirəm.
Zati-aliləri, mənim dərin hörmətimi və xoş arzularımı qəbul edin.
Hörmətlə,
Məmnun Hüseyn
Pakistan İslam Respublikasının Prezidenti