Zati-aliləri,
Sizi və Azərbaycan xalqını əlamətdar bayram - Respublika Günü münasibətilə təbrik edirəm.
Gürcüstan ölkələrimiz arasında ənənəvi dostluğa, ortaq məqsədlərə və maraqlara söykənən ikitərəfli və çoxtərəfli əməkdaşlığı yüksək dəyərləndirir.
Mən qəti əminəm ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasındakı əlaqələr dövlətlərimizin qarşılıqlı mənafeyi naminə daha da möhkəmlənəcək, regionda sülhün, sabitliyin və rifahın güclənməsinə xidmət edəcəkdir.
Cənab Prezident, bir daha ürəkdən gələn təbriklərimi Sizə çatdıraraq, qardaş Azərbaycan xalqına uğurlar arzu edirəm.
Hörmətlə,
Giorgi Marqvelaşvili
Gürcüstanın Prezidenti