Hörmətli Prezident, əziz qardaşım,
Qardaş Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi və əziz qardaşımın şəxsində bütün Azərbaycan xalqını Türk xalqı adından və şəxsən öz adımdan ən səmimi hisslərimlə təbrik edirəm.
Qədim tarixi və qardaşlıq əlaqələrindən güc alan Türkiyə-Azərbaycan münasibətlərinin “Bir millət, iki dövlət” şüarı əsasında müştərək səylərimizlə daha da güclənərək yüksək səviyyəyə çatdırılacağına inamım qətidir.
Əməkdaşlığımız örnək bir həmrəylik içində qardaş xalqlarımızın rifahına, bölgəmizin sülh və sabitliyinə töhfə verməkdə davam edəcəkdir.
Bu əlamətdar bayram münasibətlə Zati-aliləri əziz qardaşımın cansağlığı, xoşbəxtliyi, dost və qardaş Azərbaycan xalqının firavanlığı və rifahı üçün ən xoş diləklərimi bir daha ifadə edirəm.
Hörmətlə,
Abdullah Gül
Türkiyə Respublikasının Prezidenti